Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə keçirilən “Azerbaijan ROV Challenge 2026 (Məsafədən idarəolunan sualtı dron və suüstü gəmi)” Respublika turnirinin ilk günü uğurla başa çatıb.
Mingəçevirdə yerləşən Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan turnirdə ölkənin müxtəlif regionlarını təmsil edən ümumilikdə 42 iştirakçı öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Turnirin əsas məqsədi yeniyetmə və gənclərdə mühəndislik, robototexnika, proqramlaşdırma və innovativ texnologiyalar sahələrinə marağın artırılması, həmçinin onların praktiki bacarıqlarının inkişaf etdirilməsidir.
İlk yarış günündə iştirakçılar hazırladıqları sualtı dron vasitəsilə texniki tapşırıqları yerinə yetirərək komanda işi, problem həll etmə və mühəndislik bacarıqlarını nümayiş etdiriblər. Yarış iştirakçıları həm nəzəri, həm də praktiki mərhələlərdə öz innovativ yanaşmaları ilə seçiliblər.
Qalereya