Təlimçi və Koordinator

📣 Ağdam və Cəlilabad STEAM Mərkəzlərində vakansiyalar elan olunur!

Aşağıdakı vəzifələr üzrə namizədlərin müraciəti gözlənilir:

🔹 Koordinator
🔹 Təlimçi

Koordinatorun əsas vəzifələri:

• “Robototexnika” və “Mexatronika” istiqamətləri üzrə təlimlərin planlaşdırılması, təşkili və keçirilməsi;
• STEAM Mərkəzində təlim prosesinin koordinasiyası və təlimlərin keyfiyyətli təşkilinin təmin edilməsi;
• STEAM Mərkəzinin maddi-texniki bazasının formalaşdırılması, inkişaf etdirilməsi və qorunmasının təmin edilməsi;
• Mərkəz üzrə keçirilən yarış və müsabiqələrin planlaşdırılması və koordinasiyası;
• Region üzrə yarış və müsabiqələrin STEAM Mərkəzində təşkilinin və koordinasiyasının təmin edilməsi;
• Region məktəblərinin şagirdləri üçün STEAM Mərkəzində ekskursiya və tanışlıq proqramlarının təşkili və keçirilməsi;
• Təlimçilərin fəaliyyətinin koordinasiyası və iş prosesinin səmərəli təşkilinə dəstək göstərilməsi;
• Mərkəzin fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi;
• Təlim və digər tədbirlərin planlaşdırılması, icrasının izlənilməsi və nəticələrinin qiymətləndirilməsi;

Təlimçinin əsas vəzifələri:

• Şagirdlərin layihələrinin ekspertizası və qiymətləndirilməsi;
• STEAM Mərkəzində təlimlərin keçirilməsi və maddi-texniki bazadan səmərəli istifadə olunmasının təmin edilməsi;
• Region məktəblərinin şagirdləri üçün STEAM Mərkəzində ekskursiya və tanışlıq proqramlarının keçirilməsi;
• Şagirdlərin müxtəlif yarış və müsabiqələrə hazırlanması və iştirakının təmin edilməsi;
• Təlim prosesinin keyfiyyətli və effektiv şəkildə həyata keçirilməsi;
• Təlimlər zamanı müasir, interaktiv metodlardan, əlavə material və resurslardan istifadə edilməsi;

📝 Namizədlərə tələblər:

• Kompüter elmləri, texniki fənlər, mühəndislik və ya əlaqəli sahədə ali təhsil;
• analitik düşünmə və problem həlletmə bacarıqları;
• əməkdaşlıq və effektiv kommunikasiya bacarıqları;
• çevik iş mühitinə və dəyişən proseslərə uyğunlaşma bacarığı;
• uşaqlarla işləməyə həvəsli, öyrətməyə və davamlı öyrənməyə açıq olmaq;
• STEAM və ya əlaqəli sahədə iş təcrübəsi üstünlükdür.

📅 Son müraciət tarixi: 20 sentyabr 2026-cı il

📧 Müraciət etmək istəyən namizədlər CV-lərini cv@steam.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

CV-nin mövzu hissəsində STEAM Mərkəzinin və müraciət edilən vəzifənin adı qeyd edilməlidir.

Nümunə:

Ağdam STEAM Mərkəzi - Koordinator
və ya
Cəlilabad STEAM Mərkəzi - Təlimçi

💼 Əməkhaqqı namizədin bilik, bacarıq və iş təcrübəsi nəzərə alınmaqla müsahibə mərhələsində müəyyən ediləcək.

#STEAMAzerbaijan #Vakansiya #STEAM #EduAz