VAKANSİYA

📣 Şuşa, Şirvan və Sabirabad STEAM Mərkəzlərində təlimçi vəzifəsi üzrə vakansiyalar elan olunur!

Təlimçinin əsas vəzifələri:
• Şagirdlərin layihələrinin ekspertizası və qiymətləndirilməsi;
• STEAM Mərkəzində təlimlərin keçirilməsi və maddi-texniki bazadan səmərəli istifadə olunmasının təmin edilməsi;
• Region məktəblərinin şagirdləri üçün STEAM Mərkəzində ekskursiya və tanışlıq proqramlarının keçirilməsi;
• Şagirdlərin müxtəlif yarış və müsabiqələrə hazırlanması və iştirakının təmin edilməsi;
• Təlim prosesinin keyfiyyətli və effektiv şəkildə həyata keçirilməsi;
• Təlimlər zamanı müasir, interaktiv metodlardan, əlavə material və resurslardan istifadə edilməsi;

📝 Namizədlərə tələblər:
• Kompüter elmləri, texniki fənlər, mühəndislik və ya əlaqəli sahədə ali təhsil;
• analitik düşünmə və problem həlletmə bacarıqları;
• əməkdaşlıq və effektiv kommunikasiya bacarıqları;
• çevik iş mühitinə və dəyişən proseslərə uyğunlaşma bacarığı;
• uşaqlarla işləməyə həvəsli, öyrətməyə və davamlı öyrənməyə açıq olmaq;
• STEAM və ya əlaqəli sahədə iş təcrübəsi üstünlükdür.

📅 Son müraciət tarixi: 25 sentyabr 2026-cı il
📧 Müraciət etmək istəyən namizədlər CV-lərini cv@steam.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

CV-nin mövzu hissəsində STEAM Mərkəzinin və müraciət edilən vəzifənin adı qeyd edilməlidir.
Nümunə:
Şuşa STEAM Mərkəzi - Təlimçi

💼 Əməkhaqqı namizədin bilik, bacarıq və iş təcrübəsi nəzərə alınmaqla müsahibə mərhələsində müəyyən ediləcək.

#STEAMAzerbaijan #Vakansiya #STEAM #EduAz