“Azerbaijan ROV Challenge 2025” Final Mərhələsi Baş Tutacaq

“Azerbaijan ROV Challenge 2025” Final Mərhələsi Baş Tutacaq

STEAM Azərbaycanın təşkilatçılığı ilə keçirilən “Azerbaijan ROV Challenge 2025” (AROVC) yarışmasının final mərhələsi yaxınlaşır.

14–15 avqust 2025-ci il tarixlərində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Təlim Mərkəzində (ASCO) AROVC 2025 yarışının final mərhələsi keçiriləcək.

“Built to Dive. Born to Win.” şüarı ilə keçirilən bu yarış sualtı robot texnologiyaları sahəsində maraqlı və bilikli gənclərin bacarıqlarını nümayiş etdirmələri üçün mühüm imkan yaradacaq. İştirakçılar mühəndislik və proqramlaşdırma üzrə əldə etdikləri bilikləri praktikada tətbiq edərək, yaradıcı yanaşmalarını sərgiləyəcəklər.

Gələcəyin sualtı mühəndislərini tanımağa və bu həyəcanlı mərhələyə çox az qaldı! 
Qeydiyyat üçün bura keçid edin: https://steam.edu.az/az/mentor/registration