Süni İntellekt

Təlim proqramı şagirdlərə Süni İntellekt (AI) və Robototexnika sahələrini bir araya gətirərək tam avtonom ağıllı robot qurmağı öyrədir. Tədris prosesi boyunca Python və OpenCV kitabxanası vasitəsilə kompüter görməsi, rəng və obyekt tanıma, eləcə də hədəfin koordinatlarının müəyyən edilməsi kimi beynəlxalq səviyyədə tətbiq olunan texnologiyalar mənimsədilir. Şagirdlər Arduino platforması və L298N motor sürücüsü vasitəsilə motorların idarə olunmasını öyrənir, proqram təminatı ilə aparat (hardware) arasında əlaqəni praktik layihələr üzərində qururlar. Proqramın sonunda iştirakçılar obyektləri tanıya bilən və “Ağıllı Sükan” (Smart Steering) məntiqi əsasında hədəfi səlis və dəqiq şəkildə izləyən ağıllı robot platforması hazırlamış olurlar.

Yaş intervalı: 14 - 17 yaş