İncəsənət və yaradıcılıq laboratoriyası proqramı təlimləri şagirdlərə rəqəmsal incəsənət, 3D modelləşdirmə və 3D çap sahələrinin kəsişməsində yaradıcı düşünmə və texnoloji bacarıqlar qazandırır. Proqram şagirdlərə texnologiyanın incəsənətlə necə birləşdirildiyini öyrədir və onların yaradıcı potensialını ortaya çıxarmağa şərait yaradır.
Təlim müddətində iştirakçılar rəqəmsal rəsmlər, illüstrasiyalar və vizual kompozisiyalar hazırlayaraq rəqəmsal incəsənətin əsas prinsiplərini mənimsəyirlər. 3D modelləşdirmə modulunda isə onlar üçölçülü obyektlər yaratmağı, formaların və strukturların dizayn edilməsi prosesini, habelə obyektlərin virtual mühitdə formalaşdırılmasını öyrənirlər. Daha sonra bu modellər 3D çap texnologiyası vasitəsilə fiziki obyektlərə çevrilərək şagirdlərə öz ideyalarını real formada görmək imkanı təqdim edir.
Proqram prosesində uşaqlar rəng, forma, kompozisiya kimi incəsənət anlayışlarını mühəndislik və texnologiya yanaşmaları ilə birləşdirir, təxəyyül, yaradıcı düşüncə, məkan təsəvvürü və diqqət kimi mühüm bacarıqları inkişaf etdirirlər. Bununla yanaşı, layihə əsaslı öyrənmə metodu sayəsində hər bir şagird ideyadan hazır məhsula qədər olan mərhələləri təcrübədən keçirir və öz işini təqdim etmə bacarığı qazanır.