Təlim proqramında şagirdlər xüsusi mexaniki bloklar və labirint elementlərindən istifadə edərək məntiqi düşünmə, planlaşdırma və problem həll etmə bacarıqlarını inkişaf etdirəcəklər. İştirakçılar müxtəlif top yolları, tunellər və labirint konstruksiyaları quraraq məkan təfəkkürünü, səbəb–nəticə əlaqələrini və konstruktiv düşüncə bacarıqlarını praktik fəaliyyətlər vasitəsilə mənimsəyəcəklər.
Bu fəaliyyətlər şagirdlərdə diqqət, səbr, məntiq, strateji yanaşma və komanda işi kimi vacib bacarıqların formalaşmasına kömək edir. Oyun əsaslı öyrənmə yanaşması isə təlim prosesini həm əyləncəli, həm də motivasiyaedici edir, uşaqların marağını artıraraq onların aktiv və yaradıcı şəkildə iştirakını təmin edir.