CAD texnologiyaları

Bu təlim proqramında şagirdlər yalnız 3D dizayn və modelləşdirmənin əsaslarını deyil, eyni zamanda 3D çap texnologiyasının mərhələlərini və işləmə prinsipini praktik şəkildə öyrənirlər. İştirakçılar müasir CAD proqramlarında rəqəmsal modellər hazırlayır, onları çap üçün optimallaşdırır və 3D printerlər vasitəsilə real obyektlərə çevirirlər.

Proqramın məqsədi şagirdlərdə yaradıcılıq, texniki düşüncə, analitik yanaşma və problem həll etmə bacarıqlarını inkişaf etdirmək, həmçinin rəqəmsal dizayn sahəsində ilkin peşəkar biliklər formalaşdırmaqdır. Təlimin sonunda iştirakçılar ideyadan hazır məhsula qədər olan bütün prosesi müstəqil şəkildə tətbiq edə biləcək bacarıqlara yiyələnmiş olacaqlar.

Yaş intervalı: 13 - 15 yaş