Robotlarla öyrən (aşağı yaş qrupu)

Təlim proqramında şagirdlər konstruktiv tədris dəstləri ilə praktiki fəaliyyətlər həyata keçirərək öyrənəcəklər. Onlar müxtəlif fiqurlar, modellər və sadə mexaniki strukturlar quracaq, elementlərin bir-biri ilə əlaqəsini araşdıracaq və öz ideyalarını real modellərə çevirməyə çalışacaqlar.

Təlim prosesində şagirdlər məkan təsəvvürünü və məntiqi əlaqə qurma bacarığını inkişaf etdirirlər. Sadə mühəndislik mexanizmlərini təcrübə yolu ilə kəşf edərək texniki düşüncələrini formalaşdırırlar. Onlar həmçinin yaradıcılıq və innovativ yanaşma qabiliyyətlərini gücləndirir, komanda ilə əməkdaşlıq və ünsiyyət bacarıqlarını inkişaf etdirirlər. Proses boyunca planlama, dizaynetmə, model qurma və layihələrini təqdimetmə mərhələlərini ardıcıl şəkildə mənimsəyərək öz ideyalarını reallaşdırma təcrübəsi əldə edirlər.

Bu yanaşma şagirdlərin həm intellektual, həm də sosial-emosional inkişafını dəstəkləyir, öyrənmə prosesini maraqlı və əyləncəli edir və onların gələcək STEAM sahələrinə marağını artırır.

Yaş intervalı: 8 - 10 yaş