Dron texnologiyaları

Dron texnologiyaları təlimləri şagirdlərə uçuş aparatları texnologiyaları ilə bağlı fundamental bilik və bacarıqlar qazandırır. Proqram zamanı iştirakçılar hava qurğularının quruluşu, idarəetmə prinsipləri, uçuş dinamikası və sensor sistemləri ilə tanış olur, həmçinin bu komponentlərin birlikdə necə işlədiyini öyrənirlər.

Təlim çərçivəsində şagirdlər mini uçuş aparatlarının modellərini dizayn edir, proqramlaşdırır və müxtəlif tapşırıqları yerinə yetirmələri üçün onları hazırlayırlar. Sensorlardan istifadə edərək obyekt tanıma, məsafə ölçmə, tarazlıq sistemi, avtonom uçuş və təhlükəsizlik mexanizmləri kimi funksiyaların qurulması üzrə praktiki bacarıqlar əldə edirlər.

Yaş intervalı: 10 - 16 yaş