CNC texnologiyaları

Təlim proqramında şagirdlər lazer texnologiyaları ilə tanış olaraq rəqəmsal istehsal proseslərinin əsaslarını öyrənəcəklər. İştirakçılar kompyuterdə sadə dizaynlar hazırlayır, bu dizaynları istehsal avadanlıqlarına ötürməyi, müxtəlif materiallar üzərində kəsmə, oyma və formalaşdırma əməliyyatlarını yerinə yetirməyi bacaracaqlar.

Bu təlim həm yaradıcılığı, həm də praktik mühəndislik düşüncəsini inkişaf etdirir. Şagirdlər öz ideyalarını dizayn edir, prototiplər hazırlayır və nəticələri qiymətləndirərək təkmilləşdirirlər. Proqram onları gələcəkdə dizayn, məhsul istehsalı, mühəndislik, sənaye texnologiyaları və innovasiya sahələrinə hazırlayır.

Yaş intervalı: 13 - 15 yaş