Proqramlaşdırılan sistemlər təlimlərində şagirdlər proqramlaşdırılan sistemlərin və mikrokontrollerlərin iş prinsipləri ilə tanış olacaq, sensorlar, aktuatorlar və idarəetmə modulları ilə işləməyi öyrənəcəklər. Onlar müxtəlif giriş-çıxış elementlərinin qarşılıqlı əlaqəsini araşdıracaq, işıqlandırma, səs, hərəkət və digər texnoloji proseslərin avtomatlaşdırılması üzrə praktiki bacarıqlar əldə edəcəklər.
Proqram çərçivəsində iştirakçılar mikroelektronika dünyasına ilk addımlarını ataraq sadə robotik qurğular, ağıllı sistemlər və idarəetmə modulları hazırlayacaq, real həyatda rast gəlinən texnoloji problemlərə yaradıcı həllər tətbiq edəcəklər. Təcrübə əsaslı öyrənmə yanaşması şagirdlərə prototiplər qurmaq, test etmək və funksional layihələr yaratmaq imkanı verir.